Quru yolu ilə yükdaşıma

24/7 ONLINE SİFARİŞ

Əlaqə nömrələri

+994518760007 (Sadiq bəy)

+994503796353 (Nahid bəy)

+994514143300 (Vahid bəy)

E-poçt ünvanları

info@mastrans.az

Yeni sifariş ver

Quru yolu ilə yükdaşıma

Quru yolu ilə yükdaşıma motorlu nəqliyyat vasitələrindən istifadə edərək malların daşınması prosesidir. Belə hallarda yol çıxış və çatdırılma məntəqələri arasında məsafə hesab olunur. Su və hava kimi digər daşıma sistemləri ilə müqayisədə saxlama və təmir xərcləri aşağıdır. Quru yolu ilə yükdaşıma şəhərkənarı ərazilərə/ərazilərdən malların daşınması üçün yeganə üsul ola bilər.

Quru Yolu ilə Yükdaşımanın Üstünlükləri:

Digər daşıma növləri ilə müqayisədə quru yolu ilə yükdaşımanın bir sıra üstünlükləri mövcuddur. Hava, su və ya dəmir yolu nəqliyyatı ilə müqayisədə quru yolu ilə yükdaşıma üçün lazım olan kapital daha azdır. Quru yolu ilə yükdaşımanın əsas üstünlüklərindən biri bütün növ yük çatdırılmaları üçün qapıya qədər çatdırılma xidmətinin olmasıdır. Quru yolu ilə yükdaşımalar zamanı fərdi istəklərə uyğun marşrut və vaxt heç bir problem yaranmadan asanlıqla və tez bir şəkildə dəyişdirilə bilər.

Quru Yolu ilə Daşınan Yüklərin Növləri:

  • Tək-tək, iri həcmli və maye yüklər
  • Ağır çəkili və iri qabaritli yüklər
  • Təhlükəli yüklər
  • Müəyyən tempratur altında saxlanılmalı olan yüklər